Xəbər verdiyimiz kimi, “Mançester Siti” “Benfika”dan Ruben Diaşı transfer edib. 23 yaşlı portuqaliyalı müdafiəçinin təqdimat mərasimi keçirilib. Futbolçu mətbuat konfransında premyer liqada oynamağın arzusunda olduğunu dilə gətirib.
“Mançester Siti” ilə 6 illik müqavilə bağlayan Ruben Diaşın təqdimatı olub. Xatırladaq ki, bu keçid şəhərlilərə 68 milyon avroya başa gəlib. Müdafiəçi yaxşı çıxış edəcəyi halda keçmiş komandası Benfikaya əlavə 3,6 milyon avro da qazandıra bilər. Təqdimat mərasimində portuqaliyalı futbolçu premyer liqada oynamağı arzukladığını dilə gətirib: “Uzun illərdi premyer liqanı izləyirəm. Xüsusilə son mövsümlərdə “Mançester Siti”nin çempionatda hegemonluq etdiyi nəzərə çarpır. İndi bu komandanın bir üzvü olduğum üçün fəxr edirəm. Bilərəm burda rəqabət çox yüksəkdir. Amma mən də daim qələbəyə can atan biriyəm. Var qüvvəmlə komandama xeyir verməyə, uğurlarında rol oynamağa çalışacam”
Əlavə edək ki, Ruben Diaş “Mançester Siti”nin 3-cü yeni transferidir. Buna kimi, Natan Ake və Ferran Torres komandaya qoşulub. Bundan başqa “Mançester Siti”nin müdafiəçi Nikolas Otamendi isə əks istiqamətə - “Benfika”ya yollanıb. 32 yaşlı futbolçu üçün portuqaliya klubu 15 milyon avro ödəyəcək.